Kosmetik stomatologiya, şəxsin sifət quruluşu ilə uyğunluq təşkil edən təbii görünüşlü və estetik gözəl dişlər dizayn etmək və onların gülüşlərinin sağlamlığını və canlılığını bərpa etməkdir.
Fərqli formalı və rəngli süni dişlər, hətta adi gözlə də seçilə bilər. Belə olan halda, kosmetik stomatologiyada hərtərəfli hazırlıq və planlaşdırma zəruridir.
Klinika və radioqrafik müayinə:
Kosmetik həllərə keçid almadan öncə, ağızın və dişlərinin sağlamlığının ümumi öyrənilməsi həyata keçirilir. Xəstənin ağzının tam radioqrafik müayinə aparılır və aşağıdakı prosedurlar haqqında qərar verilir.
Foto:
Dişlərin və ətraf toxumaların təsəvvürünü yaratmaq üçün aşağı və yuxarı çənələrin fotoları alınır.
Planlama:
Xəstənin fotoları sayəsində, bütün üzün görüntüsü nəzərə alınaraq, dişlərin və diş ətinin problemli zonaları kosmetik aspektdən qiymətləndirilir. Bu qiymətləndirmələr zamanı, problemli zonaların fotoları xəstələrə göstərilir, bu problemlərin həlli yolları izah olunur və xəstəyə kosmetik müalicə planlaşdırılır.
Gülüş makiyajı:
Estetik problemlərin həllində geniş müalicə zəririyyəti yarandığı zaman, peşəkar ortodont və periodontlar konsultasiya aparırlar. Xəstənin istəkləri nəzərə alınaraq, xəstənin üz quruluşu və dodaqlarına uyğun yeni gülüş dizayn olunur. Gülüş makiyajı, xəstəyə müalicədən əvvəl, laboratoriyada hazırlanmış qəliblər və fotola vasitəsilə göstərilə bilər. Köhnə görünüş ilə əldə olunmuş nəticə arasındakı fərqi aydın görə bilməsi üçün keçmiş gülüşün fotoları da xəstə ilə paylaşıla bilər.