AZ   EN   RU  

İmplant, müxtəlif səbəblərlə dişlərin yerinə onların funksiya və estetikasını geri qaytarmaq məqsədi ilə çənə sümüyünə yerləşdirilən süni diş kökləridir. İmplantın məqsədi əvvəllər bərpa oluna bilməyən və gənc yaşından çıxan protezlərə məhkum və s. kimi müalicə göstərişləri olan ümudsiz xəstələrimizin pozulmuş funksiyasını və estetikasını müasir üsullarla geri qaytarmaqdır.


Hansı halları diş implantologiyası köməyi ilə həll etmək olar? 
• Bir dişin olmaması. Bu halda qonşu olan dişlərdə diş tacının altına yonmaq, onların sinirlərini çıxarmaq lazım gəlmir.
• Ardıcıl bir neçə dişin olmaması. Əvvəllər çıxarılan protez qoyulması lazım gələn yerlərdə çıxarıla bilməyən konstruksiyaların qoyula bilmə imkanı. 
• Dişlərin tamamilə olmaması

İmplantlar aşağıdakı etaplarla yerləşdirilir:

İmplant – irəli dərəcədə kontrol edilməyən diabet kimi bəzi sistemik xəstəliklərdən başqa hər kəsə uyğulana bilər.
Müasir implant çeşidləri xüsusi biouyğun metallardan hazırlandığı üçün yüksək dərəcədə biouyumludurlar.
Müayinə zamanı ağız içi müayinə ilə diş ətləri, dişlər, alt və üst dişlərin bir-birinə olan münasibəti kimi və çox mühum olan xəstənin diş sürtmə vərdişləri incələnir. Klassik radioloji müayinə ilə yanaşı gərəkirsə 3D tomografiya ilə hissəvi və tam müayinə aparılır. Xüsusi hallarda xəstənin 3 ölçülü çənə modelləri hazırlanır və planlanaraq heyata keçirilir.


İmplantasiya: Şayiələr və reallıq. 
Deyilənlərə görə, implantasiya - çox ağrılı prosesdir. 
İmplantat qoyulması, karies müalicəsindən daha ağrılı deyil. Müasir anestetik həblər əla keyləşdirmə yaradır, əks göstəriş olmadıqda və pasiyentin istəyi ilə, implantasiya hətta anestetik həblər olmadan da həyata keçirilə bilər. İmplant köçürülməsindən sonra,xəstələrin 95%-i heç bir ağrıkəsici dərman qəbul etmirlər. Çünki, implantın yerləşdirildiyi çənə sümüyündə heç bir ağrı reseptorları yoxdur, buna görə də o, ağrı verə bilməz. Bir qayda olaraq,implant köçürülməsindən sonra bütün xoşagəlməz hisslər yalnız tikiş sahəsindəki kiçik diskomfort ilə məhdudlaşır.