Services

Qanayan diş ətləri

Qanayan diş ətləri

Diş ətinin qanaması  və onun səbəbləri nədir?

Diş ətinin qanaması diş səthində ərp və diş daşının olması səbəbindən inkişaf edən diş əti xəstəliyi səbəbindən diş əti toxumasını qidalandıran damarların strukturunun pozulmasına və qan elementlərinin damar xaricinə çıxması aiddir. Başqa sözlə desək, diş əti iltihabının ilk əlaməti  diş ətindən qanaxmadır. Bu qanaxma bir stimul (toxunma, fırçalama və s.) səbəbindən və ya özbaşına baş verə bilər. Bundan əlavə, çox sərt fırçalama, daşmış və ya natamam plomblar, çürüklər və uyğun olmayan protezlər qanaxmaya səbəb ola bilər. Hamiləlik, menstruasiya, menopauza, qan xəstəlikləri, şəkərli diabet, C və K vitaminlərinin çatışmazlığı, genetik meyl, qan durulaşdırıcıların istifadəsi də diş əti qanamasına səbəb ola bilər.

         Diş ətinin qanamasını necə müalicə etmək olar?

Diş ətlərinin qanaxması; Qanamaya səbəb olan faktorun diaqnozu qoyularaq ona uyğun müalicə tətbiq olunur. Bu çərçivədə  diş əti üstü diş daşının təmizlənməsi,  diş əti altı küretajı (dərin təmizləmə) və ərpin təmizlənməsi həyata keçirilir . Bərpa prosesində xəstəyə qulluq çox vacibdir. Bu səbəblə düzgün fırçalama və lazım olduqda diş ipi və ya ara fırçaların istifadəsi mütləq müalicə prosesinə daxil edilməlidir. Əgər boşluqlar varsa, müalicə edilməli, uyğun olmayan plomb və ya protez varsa, düzəldilməli və ya yenilənməlidir. Qanaxmaya səbəb ola biləcək sistem problemləri müəyyən edilməli və xəstənin həkimi ilə məsləhətləşməlidir.


×