AZ   EN   RU  
Məqsəd
Əgər dişlərinizin rənginin dəyişməsi sizing gülümsəmənizə mane olursa, bu problem ikicə günə həll etmək şansınız var. Ağartma prosesi əsasən ağardıcı gel tətbiqi vasitəsilə aparılır və reaksiyanı sürətləndirmək üçün yüngül maddələrdən istifadə olunur. Ağartma mexanizmi oksidləşmə-reduksiya reaksiyaları prosesi üzərində qurulur. Reaksiya ərzində ağardıcı maddənin inqrediyentləri oksigeni xaricə ötürür. Rəng dəyişməyə səbəb olan elementlər rəngsiz substansiya ilə əvəz olunur və dişlərin ağardılmasına nail olunur. 
 
 
Dişlərin rəng dəyişməsi müxtəlif faktorlara bağlıdır:
 
1- Ətraf mühit faktoru: Təmizlik çatışmazlığı, pəhrizdən yaranan xromatlar, diş səthindəki bakteriya lövhəsi, diş zədələri, çay-kofe kimi ləkələyici içkilər, qırmızı şərab və siqaret çəkmək.
 
 
2- Peşə faktorları: Metal duzların təsirinə məruz qalmaq
3- Genetik faktorlar: Genetik olan tünd qaralmış dişlər, uşaqlıqda istifadə edilmiş antibiotiklər, natamam amelogen, natamam dentinogen kimi diş toxuması anormallıqlar, flüoroz. 
4- Həyata keçirilmiş prosedurlar: Kök kanalı terapiyasında yaranmış rəng dəyişmə və amalqama plombu 
 
Diaqnoz
Ağartmaya qədər, kariesi, diş ətini, diş əti infeksiyalarını, dişlərin eroziyasını müalicə etmək lazımdır. Ağartmanın düzgün növünü seçə bilmək üçün, rəngin dəyişməsinin səbəbini əvvəlcədən müəyyən etmək lazımdır.