AZ   EN   RU  

Dental Club peşəkar stomatoloqları olan kompleks diş klinikasıdır. Əsası 2003-cü ildə qoyulmuşdur. Dental Club klinikası Avropa standartlarına malik xidmət şəraiti (sterilizasiya, rentgen müayinələr, müalicə metodları və s.) ilə yanaşı 10 ildən artıq peşəkar iş təcrübəsinə malik ortopedik, preventiv, estetik stomatologiya və həmçinin, ağız cərrahiyyəsi, implantologiya ilə məşğul olur. Eyni zamanda bizim tərəfimizdən göstərilən stomatoloji xidmətlər ən son müalicə metodlarına müvafiq olaraq rəqabətli qiymətlərlə icra olunmaqdadır.

Bizi seçməyiniz üçün səbəblər:

Stomatoloji Xidmətdə Mükəmməllik
Dental Club estetik stomatoloji klinikasında bizim ümumi və kosmetik diş həkimlərimiz stomatoloji prosedurları ən son materiallar və vasitələrlə yüksək standartlara müvafiq həyata keçirir. Biz müxtəlif beynəlxalq diş həkimliyi cəmiyyətlərinin – EAED (European Academy of Esthetic Dentistry), EFP (European Federation of Periodontologists), ITI (International Team for Implantologists), EDAD-Türkiyə (Estetik Diş Həkimliyi Akademisal Dərnəyi)  üzvüyük. Biz daim işçilərimizə sizə ən yaxşı stomatoloji xidmətlər göstərmələri üçün təlimlərlə təkrar investisiya edirik.

Kosmetik Diş Həkimliyində Mükəmməllik
Bizim kosmetik diş həkimlərimiz ən yüksək standartlara uyğun olaraq uzunmüddətli perspektivdə eyni zamanda həm estetik, həm də funksional olan kosmetik stomatoloji prosedurları həyata keçirməyə kömək edən geniş hazırlıq keçmiş və İtaliya, Almaniya, İspaniya və s. kimi ölkələrdə kurslar bitirmişdirlər. Sizin məmnuniyyətiniz bizim üçün çox vacib aspektdir. Bunun üçün biz əliminizdən gələni edirik.

Təcrübəli İşçilər
Biz bir sıra kişi və qadın diş həkimlərini, gigiyenistləri və tibb bacılarını işə götürürük. Bizim bütün heyətimiz dental dünyada baş verən son nailiyyətlərdən xəbərdar olmaq üçün daim təkmilləşmə kurslarında iştirak edirlər. Bütün işçilərimiz yüksək təcrübəyə malikdirlər və EDAD-Bakı üzvüdürlər. Biz yüksək etik standartları saxlayırıq və məqsədimiz rahat ağrısız şəraitdə yüksək səviyyədə stomatoloji xidmət göstərməkdir.

Qayğıkeş və Rahat Mühit
Biz keçmişdə pis təcrübə ilə qarşılaşmış bir sıra narahat və gərgin pasientləri müalicə etmişik. Biz pasientlərin qorxularını aradan qaldıracaq ən xoş stomatoloji təcrübə göstərdiyimizə və onların dişlərinin həyatları boyunca qorunmasını təmin etdiyimiz üçün özümüzlə qürur duyuruq.

Ətraflı konsultasiya və diskussiyalar
İşçilərimizin daim kurslara baş vurmaları və xidmət diapazonumuzu yeniləmələrinə əsaslanaraq biz müalicənin bir neçə müxtəlif növlərini təklif edə bilirik. Biz sizə bütün bu seçim növləri barədə diskussiya üçün əlavə vaxt sərf edəcəyik, beləcə siz müalicəniz barədə məlumatlı seçim qərarı verə biləcəksiniz.

Etik Stomatoloji Xidmət
Bizim həkimlərimiz və gigiyenistlərimiz hesab edirlər ki, dişlərinizin mükəmməl vəziyyətdə olması çox vacibdir, dişlərin sağlamlığı ən mühüm aspektdir. Biz bütün müalicələrimiz və onlardan gözləntilərimizlə bağlı şəffaf olmaq üçün əlavə vaxt sərf edəcəyik.

Zəmanətli Müalicə
Həyata keçirdiyimiz bütün müalicələr ən keyfiyyətli materiallar istifadə olunaraq ən yüksək standartlarla təmin olunur.