Elxan Məmmədov
Məmmədov Elxan 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra, elə həmin ildə özəl stomatoloji fəaliyyətə başlamışdır. Təhsil və təcrübəsini artırmaq məqsədi ilə 2008-2010-cu illərdə Almaniyada və Çexiyada elmi və praktik təcrübə keçmişdir. İmtahan verərək Çexiyanın Palackeho Universitetinin diplomunu qazanmışdır. 2010-cu ildə Almaniyanın Nürenberg və Ulm şəhərində müasir estetik stomatoloji təcrübə keçmişdir. “European Academy of Esthetic Dentistry”nin və Türkiyənin “Estetik Diş həkimliyi Akademisal dərnəyi”nin üzvüdür və eyni zamanda ”EDAD-Bakı”nın idarə heyətinin üzvüdür. Hər il EDAD-ın Türkiyədə keçirilən davamlı kurs və konfranslarında iştirak edir.
xElvin Əliyev
Əliyev Elvin Everest oğlu 1989-cu il tarixində Ucar rayonunda anadan olmuşdur. 2007-ci ildə 304 nömrəli məktəbi, 2012-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişdir. 2014-cü ildən "Dental Club" diş klinikasında həkim-stomatoloq vəzifəsində çalışır. İştirak etdiyi kurslar: - I Beynəlxalq Estetik Diş Həkimliyi Konqresi (Bakı, Azərbaycan), Patient-centered Dentistry and Patient Centered Adcomes (Benevento, İtaliya) Çıxış etdiyi seminarlar: - Gülüşün Rəqəmsal Tərtibatının Əsasları - Rubber Dam - İzolyasiyası Metodları Clark Class II və Injection Moulding Metodu İlə Dişlərin Plomblanması.
xRövşən Məmmədov
Məmmədov Rövşən 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə isə ATU-nun Stomatologiya fakültəsinin məzunu olmuşdur. Elə həmin ildən etibarən fərdi stomatoloji fəaliyyətlə məşğuldur. Diş həkimliyi təcrübəsinin ilk üç ilini ümumi diş həkimi kimi fəaliyyət göstərmişdir, 2005-ci ildən isə prostodontik-cərrahi diş həkimliyi ilə məşğuldur. 2006-cı ildə Prof. Surovun əsas implantoloji ixtisaslaşma kursunu keçmişdir. Müxtəlif vaxtlarda beynəlxalq stomatoloji şirkətlərin - Kerr, Dentsply, Heraus Kulzer, 3M, Sybron, VDW, Zubler, İvoclar Vivadent və implant şirkətlərinin - Astra, Strauman, Bredent, Nucleoss, MİS və s. təşkil etdiyi ölkə daxili və xarici kurslarda, eləcə də, sərgilərdə iştirak etmişdir. İzmirdə, İstanbulda, Vyanada implantoloji ixtisaslaşma, Almaniyanın Münhen, Ulm, Nürenberg şəhərlərində ortopedik cərrahi ixtisaslaşma kursları keçmişdir. Ankara şəhərində Gazi Üniversitesi Periodontoloji Anabilimdalı Prof. A. Parlarin 48 moduldan ibarət 2 illik perio-implant cərrahi master kursunu keçmişdir. Azərbaycan Oral İmplantoloqlar Cəmiyyətinin, EAED (European Academy of Esthetic Dentistry), EDAD-Bakının (Estetik Diş Həkimliyi Akademisal Dərnəyi) idarə heyətinin üzvüdür. TOİD, İCOİ və Avropa Periodontoloqlar Cəmiyyətinin üzvüdür. Nucleoss şirkətinin həkim konsultantıdır.
xEldar Kərimov
Eldar Kərimov Azər oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə 160№-li liseyi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuşdur. 2009-cu ildə universiteti qırmızı diplomla bitirmişdir. 2009-cu ildən 2010-cu ilə qədər Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının interna kursunu keçmişdir. 2012 ci ildən “DentalClub” diş klinikasında həkim-stomatoloq vəzifəsində çalışır. 2012 ci il İyun ayında "Nəzəriyyədən Təcrübəyə. Endo müalicə ilə nəticləri necə əldə etmək olar" sertifikatına layiq görülmüşdür.
x