AZ   EN   RU  
Doldurma terapiyası – Stomatoloji bərpa terapiyası.
 
Doldurma terapiyası – diş çürüyünün çıxarılması və onun yerinin stomatoloji doldurma materialları ilə kip doldurulmasıdır. 
Hal-hazırda, diş kariesi müxtəlif faktorlardan qaynaqlanan diş strukturu xəstəliyi kimi təsvir olunur. 
Kariesin səbəbləri
Bakterial lövhə
Karbohidratlar (Şəkər, un və s.)
Individual faktorlar (Diş strukturu, selik inqrediyentləri və s.)
Zaman (qida qalıqları nə qədər müddət ağız boşluğunda qalır)
Bakteriayalardan ibarət bakterial lövhə, ağız boşluğundakı şəkərli və unlu qida qalıqlarından turşular istehsal edə bilər. Bu turşular dişin mineral quruluşunu əridir və mina toxumasını zədələyir, beləliklə də dişdə ”boşluq” kimi təsvir olunan oyuqlar yaradır.
 
 

 

Diaqnostika
Karies dişin çeynəmə səthində, yaxın dişlərin proksimal səthində və ya nazik səthlərdə inkişaf edə bilər. Gözlə asanlıqla görünən səthlərdə qəhvəyi ləkələr və boşluqlar müəyyənləşdirilə bilər. Bu simptomları olmayan karies isə radioqrafiya vasitəsilə identifikasiya olunmalıdır. 
 
Mina toxumalarındakı müalicə olunmayan karies diş toxumalarında inkişaf edir. Dentin daha inkişaf etmiş olduğundan, mina qatına nisbətən daha tez əriyən quruluşludur. Soyuq, isti, turş və şirinə olan həssaslıq mina toxumasında kariesin inkişafına gətirib çıxara bilər. Ağrı yaradıcı effekti itdiyi zaman, ağrı da yox olur.
Əgər ağrı sabitdirsə, o zaman diş damarları və sinirlərinin olduğu diş cürüyü pulpa toxumasına keçib və bu zaman kök kanalının müalicəsi zəruridir.