AZ   EN   RU  

Uşaq stomatologiyasına ziyarətləri körpə yaşlarından başlamaq lazımdır. Uşaqda ilk dişlər yaranandan sonra, ildə ən azı 2 dəfə uşaq stomatoloqunun qəbuluna getmək vacibdir. Bunun xüsusi səbəbləri var:

Uşaq stomatoloqu erkən mərhələlərdə mümkün xəstəlikləri müəyyənləşdirə bilər və effektiv müalicə üsulları təklif edərək sonrakı xoşagəlməz nəticələrin yaranmasına mane olar. Həkim süd dişlərinə qulluq üçün xüsusi faydalı məsləhətlər verəcək. Bundan əlavə, mütəmadi stomatoloq ziyarətləri sizin uşağınıza həkimlərə qarşı müsbət münasibət aşılamağa imkan verəcək.