AZ   EN   RU  

Endodontik müalicə nədir?

Endodontiya - anatomiyanı, fiziologiyanı, diş ətrafı toxumalarla yanaşı diş kökü kanalları xəstəliklərini və müalicə metodlarını öyrənən terapevtik stomatologiya bölməsidir. Endodontik müdaxilə adı altında diş boşluğu və onun hüdudları daxilində həyata keçirilən bütün tibbi manipulyasiyalar başa düşülür. Başqa sözlə, bu, dişləri qorumaq məqsədilə aparılan odonto cərrahi müdaxilədir.
 
Endodontik müalicənin mahiyyətini anlamaq üçün diş anatomiyası haqqında bəzi şeyləri bilmək lazımdır. Dişin daxilində, ağ mina qatının və dentin adlandırılan sərt təbəqənin altında pulpa adlanan yumşaq toxumalar mövcuddur. Pulpa birləşdirici toxuma, sinirlər və qan daşıyıcı toxumalardan ibarətdir və dişin sərt toxumalarına qida və artımı təmin edir. 
 
Pulpa diş tacından dişin kök ucuna qədər uzanır ki, orada kökü əhatə edən ətraf toxumalarla birləşir. Dişin inkişafı və böyüməsi zamanı pulpanın sağlamlığı çox vacibdir. Diş tam formalaşdıqdan sonra pulpa olmadan da fəaliyyət göstərə bilər, çünki diş həmçinin onu əhatə edən ətraf toxumalardan da qidalanır.  
Endodontik müalicənin bir seansda bitirilməsi məsləhət görülmür. Lazım gələrsə, kök kanallarının plomblanması bir neçə gün, bəlkə də həftə uzadıla bilər.
 
Dişin endodontik müalicəsindən sonra, onun funksiyalarının bərpası məqsədilə anatomik bərpaya keçilir ki, bu da öz növbəsində plomblama materiallarının və
 ortopedik konstruksiyaların köməyi ilə həyata keçirilir.

1. Niyə dişlərin sinirləri çıxarılıb endodontik müalicə olunur? 
Cavab: Dişlərin sinirləri –pulpası ən çox, diş çürüyünün irəliləyib, artıq mikrobları pulpa boşluğuna keçirdiyinə və buna görə də bərk ağrı əmələ gətirdiyinə görə çıxarılır. 

2.Diş endodontik müalicədən sonra məhv olurmu?
Cavab: Xeyr
Dişin pulpasının işi, dişi əmələ gətirmək toxumalarını bərkitmək, yeniləməkdir. Əgər yaşlı bir adamın və ya kökləri tam formalaşmış dişə sahib yaşı 10-dan yuxarı uşağın dişinin çürüyü irəliləyib və pulpa onu qoruya bilməyib özü infeksiyaya məruz qalıbsa, o mütləq çıxarılmalıdır ki, proses sümük toxumasına yayılmasın.

3. Kanal müalicələrindən sonra dişin rəngi dəyişə bilərmi?
Cavab: Xeyr. Müasir diş həkimliyi inanılmaz sürətlə irəliləyir və ölkəmizə dünyanın hər yerindən istehsal olunmuş materiallar gətirilir. Buna görə də müasir metodları izləyən Klinikamızda bizim artıq neçə illərdir istifadə etdiyimiz materiallar dişin rəngini tamamilə original rəngində və parlaqlığında saxlayır. Amma, başqa bir klinikada əgər dişlərinizin müalicəsindən sonra da rəngdəyişmə baş vermişsə, yaranmış problemi aradan qaldıra bilərik.