AZ   EN   RU  

Agız boşluğunda ən sıx rast gəlinən xəstəliklərdən ən mühümü Periodontitisdir. Periodontitis yavaş irəliyən yıxıcı xarakterdə bir xəstəlikdir. Bu xəstəliyin əmələ gəlmə səbəbi bakteriya ərpidir (plaque). Amma bundan başqa sistemik xəstəliklər, genetika və digər faktorlar da tətikləyici ola bilirlər. Periodontal xəstəliyin ilk simptomu diş ətində qanamsıdır. Bu zaman diş əti açıq çəhrayi deyil də, al qırmızı rəngdə, şişkin və səthi hamar olur. Bu simptomlar ağız qoxusu, diş ətində qaşınma, qanama hissiyyatının artmasıda əlavə olunur.

Periodontal müalicənin əhatə dairəsi 

Periodontal müalicə zamanı yalnız periodontik müalicəsi deyil həmcinin aşağıdakı irəli işləmlərdə həyata keçirilir:

1.Ağız gigiyenası tədrisi
2.Tac boyu uzadılması 
3.Tac boyu qısaldılması 
4.Kök qapama texnikaları
5.Hərəkətli diş ətini hərəkətsizə keçirilməsi
6. Morginal konturların korreksiyası
7. Periodontal regenerasiya və digər plastik periodontal müalicə işləri

Periodontal müalicə vaxtında və lazımi irəli müdaxilələr edildikdə nəticələri dəqiq və xəstə məmnuniyyəti ən yüksək olan diş həkimliyi xidmətidir.Bildiririk ki, Periodontal olaraq sağlığı olmayan dişlərdə heç bir bərpaedici müalicə aparılmır.

Perodintologiya ilə bağlı ən çox verilən sualları sizin diqqətinizə çatdırırıq:



1. Diş əti xəstəliklərinin səbəbləri ha
nsılardır?
Cavab: Diş əti xəstəliklərinin birincii səbəbi- müntəzəm və düzgün fırçalanmaması nəticəsində dişlərin bütün səthlərində diş əti birləşimindən içəridə və yuxarıda, diş aralarında toplanan və içində çoxlu miqdarda mikroorganizmalar daşıyan “mikrobiyal dental plak” adı verilən ərp yığıntılarıdır. Bu plak müntəzəm təmizlənməzsə, mikroorganizmalar və istehsal etdikləri tullantılarla, zərərli maddələrlə diş çürüklərinə və diş əti xəstəliklərinə səbəb olurlar.

2. Diş ərpi necə görünür
Cavab: Sigaret çəkmək diş əti xəstəliyinə necə təsir edir. Sigaretlə periodontal xəstəlikdə sümük toxumasının azalması arasında düz mütənasiblik əlaqəsi olması, risk faktoru alması və xəstəliyə qarşı toxuma cavabının az olması təsbit olunmuşdur.