AZ   EN   RU  
On yataq tutumu ilə yanaşı, bizim klinikada, həm ümumi anesteziya və sedasiya ilə cərrahi əməliyyatlar (diş cıxarılması, diş əti müalicəsi, implantasiya, kista sümüyü əməliyyatları, sümük transplantsiya əməliyyatları və s.), həm də qeyri-cərrahi əməliyyatlar (plomblama, kök kanalı müalicəsi və s.) üçün tam təchiz olunmuş cərrahiyə otağımız var.
 
Sedasiya nədir?
Xəstə bəzi sedativ vasitələr və narkotik analgetikərlə (morfin və s.) yanaşı, bəzi hallarda hipnotik dərmanlar vasitəsilə keyləşdirilir. Qısa periodlu amneziya (yaddaşın itirilməsi) tətbiq olunur və local anesteziya altında stomatoloji müalicə daha tez yerinə yetirilir.
 
 
Ümumi anesteziya nədir?
Xalq arasında narkoz kimi tanınan Ümumi Anesteziya, üç dərmanın kombinasiyası ilə tətbiq olunur:
Hiptonik dərmandan müvəqqəti huşunu itirmə
Narkotik analgetiklərdən (morfin kimi) dolayı xəstənin özündən getmiş halda olduğuna görə ağrısız əməliyyat 
 
Anesteziya ağırlaşması
Tibbdəki yeniliklərlə əlaqədar olaraq, anesteziya üçün istifadə olunan dərmanların kənar təsiri çox azdır və bu dərmanlar bədəndən tez biur zamanda xaric edilir. Müasir tibb texnologiyası sayəsində, anesyeziya zamanı xəstənin bütün həyat əhəmiyyətli orqanları monitorinq cihazları vasitəsilə nəzarət altında saxlanılır. Bütün bu səbəblərə, təcrübəli həkimlərə və müvafiq şərtlərə nəzərən, anesteziya ağırlaşmaları (ümumi anesteziya və ya sedasiya) çox az müşahidə olunur. Lakin hər bir anestezoloqun ən çox qorxduğu hal, xəstənin əməliyyatdan öncə doymuş halda olmasıdır. Əgər doymuş xəstə, ümumi anesteziya altında qusarsa, qusmaq respiratorlar vasitəsilə ağciyərlərə dolaraq kəskin və ölümcül olan pnevmoniyaya yol aça bilər. Buna görə də, xəsələrdən əməliyyat öncəsi ən az 8 saatlıq pəhrizdə olmaları tələb olunur. Ağırlaşma hallarının minimallaşdırlmasının birinci qaydası, əməliyyatdan öncə təfərrüatlı anesteziya müayinəsi aparmaqdır.