Günel Həsənova
Həsənova Günel Azər qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır. 2015-ci ildən Dental Club estetik stomatoloji klinikasında işləyir. Bakıda keçirilən I və II "Beynəlxalq estetik diş həkimliyi konqresi"ndə iştirak etmişdir. 70 saat nəzəri və 132 saat praktiki dərslərdən ibarət olan "Müasir Ortodontoyanın Əsasları" 33 həftəlik tədris kursunun fəal iştirakçısı olmuş və 3 mərhələli imtahanlarda uğurlu nəticələr əldə etmişdir. "Efficient Orthodontic Techniques for Best Facial Esthetics", "The Actual Aspects of the Orthodontic Treatment" və s. kursların iştirakçısı olmuşdur.
xEldar Kərimov
Eldar Kərimov Azər oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə 160№-li liseyi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsinə daxil olmuşdur. 2009-cu ildə universiteti qırmızı diplomla bitirmişdir. 2009-cu ildən 2010-cu ilə qədər Azərbaycan Tibb Universitetinin stomatoloji klinikasının interna kursunu keçmişdir. 2012 ci ildən “DentalClub” diş klinikasında həkim-stomatoloq vəzifəsində çalışır. 2012 ci il İyun ayında "Nəzəriyyədən Təcrübəyə. Endo müalicə ilə nəticləri necə əldə etmək olar" sertifikatına layiq görülmüşdür.
xElxan Məmmədov
Məmmədov Elxan 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra, elə həmin ildə özəl stomatoloji fəaliyyətə başlamışdır. Təhsil və təcrübəsini artırmaq məqsədi ilə 2008-2010-cu illərdə Almaniyada və Çexiyada elmi və praktik təcrübə keçmişdir. İmtahan verərək Çexiyanın Palackeho Universitetinin diplomunu qazanmışdır. 2010-cu ildə Almaniyanın Nürenberg və Ulm şəhərində müasir estetik stomatoloji təcrübə keçmişdir. “European Academy of Esthetic Dentistry”nin və Türkiyənin “Estetik Diş həkimliyi Akademisal dərnəyi”nin üzvüdür və eyni zamanda ”EDAD-Bakı”nın idarə heyətinin üzvüdür. Hər il EDAD-ın Türkiyədə keçirilən davamlı kurs və konfranslarında iştirak edir.
xRəşad Məmmədov
Məmmədov Rəşad Fəxrəddin oğlu 1981-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsini bitirmişdir. Universiteti bitirdikdən bu vaxtadək çox saylı təkmilləşmə və ixtisaslaşma kurslarında: 2007-ci ildə Cabbar Həsənovun təşkili ilə “Cərrahi və ortopedik implantologiya” , 2007-ci ildə “MIS” İmplant Seminarında, 2008-ci ildə “Astra Tech Dental İmplants”, “İmplantoloqların II, III, IV Beynəlxalq Xəzər konfranslarında”, müxtəlif vaxtlarda beynəlxalq stomatoloji şirkətlərin Kerr, Dentsply, 3M ESPE, FDİ, HERAEUS, 2010-cu ildə “İmplant, Lazer və Easy–Graft materiallarin tətbiqi”, 2010-2012 “SybronEndoEurope”, 2011-ci ildə “EDAD”-ın təşkil etdiyi “Ortopedik restavrasiyalar”, “Laminat Vinir diaqnozdan müalicə”, “Augmentasiyalar”, “İmplantasiyaya yanaşma tərzi”, “Adgezivlər”, “Posterior restavrasiyalar” ölkə kurslarında, seminarlarında və sərgilərində iştirak etmişdir. 2004-ci il tarixindən “Dental Club” Stomatoloji Klinikasında həkim-stomatoloq vəzifəsində çalışır.
x