Günel Həsənova
Həsənova Günel Azər qızı 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2000-2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil almışdır. 2015-ci ildən Dental Club estetik stomatoloji klinikasında işləyir. Bakıda keçirilən I və II "Beynəlxalq estetik diş həkimliyi konqresi"ndə iştirak etmişdir. 70 saat nəzəri və 132 saat praktiki dərslərdən ibarət olan "Müasir Ortodontoyanın Əsasları" 33 həftəlik tədris kursunun fəal iştirakçısı olmuş və 3 mərhələli imtahanlarda uğurlu nəticələr əldə etmişdir. "Efficient Orthodontic Techniques for Best Facial Esthetics", "The Actual Aspects of the Orthodontic Treatment" və s. kursların iştirakçısı olmuşdur.
xElxan Məmmədov
Məmmədov Elxan 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra, elə həmin ildə özəl stomatoloji fəaliyyətə başlamışdır. Təhsil və təcrübəsini artırmaq məqsədi ilə 2008-2010-cu illərdə Almaniyada və Çexiyada elmi və praktik təcrübə keçmişdir. İmtahan verərək Çexiyanın Palackeho Universitetinin diplomunu qazanmışdır. 2010-cu ildə Almaniyanın Nürenberg və Ulm şəhərində müasir estetik stomatoloji təcrübə keçmişdir. “European Academy of Esthetic Dentistry”nin və Türkiyənin “Estetik Diş həkimliyi Akademisal dərnəyi”nin üzvüdür və eyni zamanda ”EDAD-Bakı”nın idarə heyətinin üzvüdür. Hər il EDAD-ın Türkiyədə keçirilən davamlı kurs və konfranslarında iştirak edir.
xRauf Cəfərov
Rauf Cəfərov 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2010-cu ildə 35 nömrəli məktəbi, 2015-ci ildə Odessa Milli Tibb Universitetinin Stomatologiya fakültəsini bitirmişdir. 2016-cı ildən "Dental Club" diş klinikasında həkim-stomatoloq vəzifəsində çalışır. İştirak etdiyi kurslar: İmplantoloqların 6-cı Beynəlxalq Xəzər Konfransı, MIS Azerbaijan Symposium (Implant planning with MGuidei partially and fully edentulous jaw), Azərbaycan İmplantoloq İctimai Birliyi (Cərrahi və Ortopedik Dental İmplantoloji Kursu), EDAD-Bakı (Estetik Diş Həkimliyi Akademisal Dərnəyi- Augumentation techniques , Choice of material, Hands), EDAD –(onpost congress course) , EDAD (“Care of details and correct methods to achieve esthetic –functional results in short time-ceramic or composite?” seminar of CDT. Daniele Rondoni), EDAD (“Bioarchitecture of posterior region-composite, ceramic”), VI International Caspian Conference of Implantologists və s. Berlin, Moskva, İstanbul, Kiyev, Odessa və.s. şəhərlərdə sərgi ve konfranslarda iştirak etmişdir.
xRəşad Məmmədov
Məmmədov Rəşad Fəxrəddin oğlu 1981-ci ildə anadan olub. 2005-ci ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakultəsini bitirmişdir. Universiteti bitirdikdən bu vaxtadək çox saylı təkmilləşmə və ixtisaslaşma kurslarında: 2007-ci ildə Cabbar Həsənovun təşkili ilə “Cərrahi və ortopedik implantologiya” , 2007-ci ildə “MIS” İmplant Seminarında, 2008-ci ildə “Astra Tech Dental İmplants”, “İmplantoloqların II, III, IV Beynəlxalq Xəzər konfranslarında”, müxtəlif vaxtlarda beynəlxalq stomatoloji şirkətlərin Kerr, Dentsply, 3M ESPE, FDİ, HERAEUS, 2010-cu ildə “İmplant, Lazer və Easy–Graft materiallarin tətbiqi”, 2010-2012 “SybronEndoEurope”, 2011-ci ildə “EDAD”-ın təşkil etdiyi “Ortopedik restavrasiyalar”, “Laminat Vinir diaqnozdan müalicə”, “Augmentasiyalar”, “İmplantasiyaya yanaşma tərzi”, “Adgezivlər”, “Posterior restavrasiyalar” ölkə kurslarında, seminarlarında və sərgilərində iştirak etmişdir. 2004-ci il tarixindən “Dental Club” Stomatoloji Klinikasında həkim-stomatoloq vəzifəsində çalışır.
x